Bhaktivedanta Svami Prabhupada

Bhaktivedanta Svami Prabhupada
Abhay, Çaran De
Bhaktivedanta Svami Prabhupada Frankfurt yaxınlığında şagirdləri ilə səhər gəzintisində (1974)
Bhaktivedanta Svami Prabhupada Frankfurt yaxınlığında şagirdləri ilə səhər gəzintisində (1974)
Doğum tarixi 1 sentyabr, 1896-cı il, Kəlküttə, Britaniya Hindistanı
Doğum yeri
Vəfat tarixi 14 noyabr, 1977-ci il (81 yaş), Brindaban, Mathura, Hindistan
Dəfn yeri Krişna-Balarama Məbədi, Vrindavana
Atası Qour Mohan De
Anası Racani De
Fəaliyyəti yazıçı, tərcüməçi, filosof
Elmi dərəcəsi
prabhupada.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupada (sanskr. अभयचरणारविन्द भक्तिवेदान्त स्वामीप्रभुपाद IAST : benq. অভয়চরনাবিন্দ ভক্তিবেদান্ত স্বামীপ্রভুপাদSrila Prabhupada kimi tanınan 1 sentyabr 1896, Kəlküttə — 14 noyabr 1977, Brindaban, Uttar-Pradeş) hindi krişnaçı dini xadim və vaiz, müqəddəs qədim hindu yazılarının tərcüməçisi və şərhçisi; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKKON) qurucusu.

Bhaktivedanta Svami Prabhupada, doğulan zaman adı Abhay Charan De, Kəlküttədə, benqal vayşnavların (krişnaçıların) dindar ailəsində doğulmuş və böyümüşdür. [1] 1920-ci ildə Şotland kilsə kollecini bitirdikdən sonra o, ailə həyatı qurmuş və ailəsini saxlamaq üçün əczaçılıq biznesi ilə məşğul olurdu.

1922-ci ildə Abhay ilk dəfə qaudiya- vayşnavizmin məşhur vaizi və reformatoru Bhaktisiddhanta Sarasvati (1874–1937) ilə görüşdmüş və ilk görüşdə ondan Krişnanın təlimlərinin ingilis dilində moizə etməyi xahiş olundu. 1932-ci ildə Abhay Bhaktisiddhantadan ruhani həsrolunma və "Abhay Çaranaravinda Das" adını qəbul etdi [2]. 1954-cü ildə Abhay ailə işlərindən uzaqlaşdı və 1959-cu ildə o, sannyasanı (tərki-dünya həyat tərzi) qəbul etdi və "A. C. Bhaktivedanta Svami" rahib adını aldı. 1954–1965-ci illər arasında Bhaktivedanta Svami vaxtının çox hissəsini hinduların müqəddəs Vrindavan şəhərində vayşnava müqəddəs mətnlərini tərcümə etməklə və onlara şərh verməklə keçirdi.

69 yaşında, Bhaktivedanta Svami qarşı mədəniyyətin gənclərinin şərq mistsizminə olaq maraqlarından ruhlanaraq "Qərbin münbit torpaq üzərində Hindistanın müqəddəs müdrikliyini əkmək məqsədi ilə" təkbaşına bir yük gəmisində Amerika Birləşmiş Ştatlarına [3] yola düşdü. Nyu-Yorka qəpik-quruşsuz gələn o, tezliklə ətrafına kiçik, lakin sadiq ardıcıllar qrupunu toplaya bildi. 1966-cı ilin iyulunda Bhaktivedanta Nyu Yorkda Qaudiya Vaişnava dini təşkilatını Beynəlxalq Krişna Şüuru Cəmiyyətini (ISKKON) qeydiyyatdan keçirtdi [4] . Bhaktivedantanın əsasını qoyduğu hərəkatın ciddi əxlaqi prinsipləri Nyu York əks-mədəniyyətinin bohem həyat tərzi ilə kəskin ziddiyyət təşkil etsə də, onun təbliğ etdiyi doktrina bir çox gənci cəlb etdi, onların həyatına yeni mənalar verdi.

ISKKON tez bir zamanda Amerikanın digər böyük şəhərlərinə, sonra isə Avropaya və digər qitələrə yayıldı. Tarix ilk dəfə olaraq, Bhaktivedanta hinduizm ənənələrindən birini qərb torpaqlarına gətirdi və onu hörmətlə "Prabhupada" (müəllimlərin onun ayaqları qarşısında oturduğu insan" və ya "onun ayaqlarında çıxan işıq") kimi yad edən "minlərlə amerikalı və avropalıları hinduizmə gətirdi. Şrila Prabhupadanın Amerikaya gəlişindən 1977-ci ildə ölümünə qədər keçən 12 il ərzində o, Krişna şüurunu təbliğ edərək, on dəfədən çox dünyanı gəzdi, 5000-dən çox ardıcılı şagirdliyə qəbul etdi, 100-dən çox Krişna məbədini qurdu və vayşnavanın müqəddəs mətnlərin şərhlərindən ibarət altmış cildə yaxın kitablar nəşr etdi. 1970-ci illərin ortalarında onun rəqs edən və "Hare Krişna" mantrasını tərənnüm edən "Hare Krişna" ardıcılları olan krişnaçılar qərb şəhərlərinin küçələrində adi bir hal idi. [3] Krişnaçıların aktiv missioner fəaliyyəti sayəsində 2000-ci illərin əvvəllərində Prabhupadanın kitabları 60-dan çox dilə tərcümə edilmiş və 500 milyon nüsxədən çox satılmışdır [5] [6] . Qaudiya Vaişnavizminin davamçıları hesab edirlər ki, bununla Prabhupada bu ənənənin banisi Çaitanyanın (1486–1534) onun adının dünyanın hər bir şəhər və kəndində tanınacağını söyləyən öncəgörənliyini yerinə yetirmiş oldu [7] .

Kəlküttə, Dehli, Mumbay, qaudiya-vayşnavismin müqəddəs şəhərləri olan Mayapure və Vrindavandada küçələr, eləcə də məktəblər, xəstəxanalar, xeyriyyə fondları Prabhupadanın şərəfinə adlandırılımışdır. 1996-cı ildə Hindistan hökuməti Prabhupadanın anadan olmasının 100 illiyi şərəfinə onun təsviri olan poçt markası, 2021-ci ildə isə anadan olmasının 125 illiyi ilə əlaqədar isə nominal dəyəri 125 rupi olan xatirə sikkəsi buraxmışdır.

Dinşünas alim S. İ. İvanenkonun qeyd etdiyi kimi, Hindistanın baş naziri Atal Bihari Vajpayi, Hindistan prezidentləri Şankar Dayal Şarma və Pranab Mukherci kimi görkəmli dövlət xadimləri də daxil olmaqla, bir çox hindular Prabhupadanı hinduizmi və hind mədəniyyətini yaymış ölkələrinin "ruhani səfiri" hesab edirlər. Hindistanın 12-ci Baş Naziri Deve Qovdanın sözlərinə görə, hind xalqı "Prabhupadanın nailiyyətləri ilə fəxr edir, xüsusən də ona görə ki, o, hindu müqəddəs mətnlərini dünyanın müxtəlif dillərində təqdim etmiş və bununla da milyonlarla insanlara "özlərinin ruhi potensialını açmağa" kömək etmişdir potensial " [8]

Alimlər Prabhupadanı xarizmatik ruhani lider kimi təsvir edir və britaniyalı dinşünas alimi Kim Nottun qeyd etdiyi kimi, onun "insaniliyini" və "unikallığını" vurğulayır, o cümlədən bu fakt da nəzərə alınır ki, özünün missioner uğurlarını o qısa müddət ərzində və ahıl yaşında əldə olunmuşdur [9] .

Prabhupada, əsasən onun vaişnavizmə (xüsusilə Advaita Vedanta (Mayavada)) aid olmayan hind fəlsəfi sistemləri ilə bağlı barışmaz mövqeyinə görə neo-vedantik filosoflar tərəfindən tənqidə məruz qalmışdır. [10] Prabhupada həmçinin "kasta hinduları" tərəfindən tənqid edilir və onlar qərblilərin ISKKON-da tətbiq olunduğu kimi brahmanlığa qəbul edilməsini qəbuledilməz hesab edirlər.

  1. Ketola, 2008
  2. Sherbow, 2004
  3. 1 2 Tamal Krishna & Gupta, 2005
  4. Hopkins, 1971
  5. Rochford, 2007
  6. Squarcini & Fizzotti, 2004
  7. Sebastian, 2014
  8. Иваненко, 2008
  9. Knott, 1997
  10. Surya, 1999

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search